Top.Mail.Ru
DÜNYA

Putinlə Ərdoğan bu məsələdə razılığa GƏLƏ BİLMƏYİB – Kremlin ideoloqundan SOÇİ GÖRÜŞÜ barədə İDDİALAR

“Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Soçi görüşündə bir çox məsələdə razılığa gəlib”.

KAİM.az xəbər verir ki, bunu Kremlin ideoloqu, politoloq Aleksandr Duqin deyib. O bilidirib ki, tərəflər Qafqaz bölgəsində, Suriyada, Liviyada, Krımda və digər bölgələrdə baş verən son vəziyyəti müzakirə ediblər.
Liderlər bir-birilərinə öz mövqeləri ilə bağlı “qırmızı xətti” deyiblər. Duqin iddia edib ki, tərəflərin fikir ayrılığı yaşadığı tək məsələ Krımla bağlıdır.
Politoloqun sözlərinə görə, liderlər gələcəklə bağlı siyasu kurslarını bölüşüblər. O bəyan edib ki, görüşün nəticələri ilə bağlı detallar açıqlanmasa da, yaxın günlərdə ölkələr atacağı addımlarla bunu nümayiş etdirəcəklər. //metbuat.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button