DÜNYA
Karonavirusun peyvəndi tapılan kimi neftin qiyməti qalxdı

Karonavirusun peyvəndinin tapılması neft bazarına müsbət təsir edib.
Kaim.az xəbər verir ki, “AstraZeneca” adlı Britaniya şirkəti karonavirus peyvəndinin testlərinin uğurlu keçdiyini bəyan edib.
Sınaq zamanı peyvənd 70-90 faiz arası effektli olub.
Həmçinin 22 noyabrda ABŞ prezidenti Donald Tarampın peyvəndləşmə üzrə məsləhətçisi Monsef Slaui açıqlama yayıb. Bildirib ki, artıq 11 dekabrdan ABŞ-da peyvəndləşmə başlayacaq.
Bu optimist xəbərlərin fonunda Brent markalı neftin qiyməti 46 dolları keçib.
London birjasında neftin qiyməti son bir neçə aya nisbətən maksimuma çatıb.
İlqar