Top.Mail.Ru
DÜNYA

Qazaxıstanda daha bir sursat anbarında partlayış


Qazaxıstanın Jambıl vilayətindəki silah-sursat anbarında növbəti dəfə partlayış olub.

Kaim.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, hadisə yerli vaxtla saat 7:20-də baş verib.

“Hadisə zamanı ərazidə heç kim olmayıb. Bina və tikililərə ziyan dəyməyib. Bölgədə vəziyyət sabitdir”, – nazirliyin mətbuat xidməti bildirib.

Xatırladaq ki, bir müddət əvvəl eyni vilayətdə yerləşən hərbi hissədə anbarlardan birinin yaxınlığında yanğın, partlayışlar baş vermişdi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button