Top.Mail.Ru

DÜNYA

Türk ordusu hərəkətə keçir – RUSLAR QAN İSTƏYİR, ÖHDƏLİKLƏRDƏN BOYUN QAÇIRIR

Türkiyə Suriyada yeni hərbi əməliyyata başlaya bilər.

KAİM.AZ xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Coşqun Başbuğ deyib.

O bildirib ki, “Sülh çeşməsi” bölgəsində demək olar ki, hər gün təxribata cəhd edilir:

“Buranı qan gölünə çevirmək istəyirlər. Cənab Ərdoğan hər dəfə terrorla mübarizə məsələsi ilə bağlı danışanda sərt fikirlər səsləndirir. Mən terror bataqlığını qurudacağımıza əminəm.

ABŞ və Rusiya üzərinə düşən öhdəlikləri yerinə yetirmədi. Ancaq müddəti uzatdılar. Cənab Ərdoğan Suriya ilə bağlı mesajlarını yolladı. Amma bununla bağlı heç kim addım atmadı. Buna görə yaxın günlərdə Suriyada yeni əməliyyatın başlayacağını düşünürəm. Neştəri yaraya basıb bu işi kökündən həll etməliyik”.

Ağaliyev Kənan

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button