Top.Mail.Ru

DÜNYA

Çavuşoğlu və “Taliban” arasında VACİB GÖRÜŞ: Zaldakı mənzərə diqqət çəkdi – FOTO


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və “Taliban” hökumətinin Xarici İşlər naziri vəzifəsini icra edən Emirhan Muttaki arasındakı görüş zamanı yaşanan məqam diqqətdən qaçmayıb.

Kaim.az xəbər verir ki, toplantının keçirildiyi zalda sadəcə Türkiyə bayrağının asılması diqqət çəkib. “Taliban”ı təmsil edən heç bir atributun zalda olmaması müxtəlif müzakirələrə yol açıb. Bəzi ekspertlər hesab edir ki, bu Türkiyənin “Taliban” mesajıdır – sizi hələlik Əfqanıstanın hakimiyyəti kimi tanımırıq.

Yazının davamı reklamdan sonra

Analitiklər hesab edir ki, bununla həm də Türkiyəyə özünə qarşı yönələ biləcək bəzi ittihamların qarşısını alıb. Çavuşoğlu bildirib ki, görüş zamanı Əfqanıstandakı humanitar vəziyyət müzakirə olunub. Çavuşoğlunun sözlərinə görə, Əfqanıstanın iqtisadiyyatının ciddi böhranla üzləşməməsi üçün addımların atılması vacibdir.

Loading...

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button