Top.Mail.Ru

DÜNYA

ABŞ gəmisi Rusiya ərazisinə daxil olmaq istədi: Vaşinqtona xəbərdarlıq


ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Chafee” esminesinin (döyüş hərbi gəmisi – red.) Yapon dənizində Rusiya dövlət sərhədini pozmağa cəhdlə bağlı ABŞ-ın hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

Kaim.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd edilib ki, ABŞ Hərbi Dəniz Qüvvələri Atlantik okeanda Rusiya sualtı gəmilərinə qarşı çıxmaq üçün yeni bir esmines qrupu yaradıb: “ABŞ Silahlı Qüvvələrinin nümayəndəsinə “Chafee” esminesinin oktyabrın 15-də “Böyük Pyotr” körfəzində Rusiya Federasiyasının dövlət sərhədini pozmaq cəhdi ilə əlaqədar olaraq Rusiya tərəfinin mövqeyi barədə məlumat verildi.

ABŞ-ın hərbi attaşesinin diqqətinə çatdırılıb ki, açıq dənizlərdə insidentlərin qarşısının alınması ilə bağlı Rusiya-ABŞ arasında mövcud olan müqaviləsinin müddəalarını kobud şəkildə pozan amerikalı dənizçilər qeyri-peşəkar hərəkət edib.

Xatırladaq ki, oktyabrın 15-də yerli vaxtla, təxminən 17:00-da ABŞ Hərbi Dəniz Qüvvələrinin “Chafee” esminesi Rusiyanın ərazi sularına yaxınlaşaraq dövlət sərhədini keçməyə cəhd edib. Rusiya Sakit Okean Donanmasının “Admiral Tribus” gəmisi ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesinin dövlət sərhədini pozmasına imkan verməyib. / apa

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button