Top.Mail.Ru

DÜNYA

“Taliban”dan məktəbli qızlarla bağlı VƏD

“Taliban” hərəkatı Əfqanıstanda qızlara orta məktəbdə təhsil almağa tezliklə icazə verəcəyini vəd edir.

Kaim.az xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Unicef təşkilatının icraçı direktorunun müavini Omar Abdi BMT-nin Baş qərargahında açıqlayıb.

““Taliban” hökumətinin təhsil nazirinin sözlərinə görə, “talibançılar” hazırda qızlara 6-cı sinifdən sonra təhsilini davam etdirməyə imkan verən prinsiplər üzərində çalışır. Sözügedən prinsiplər isə 1-2 ay ərzində dərc ediləcək”, – deyə Omar Abdi qeyd edib.

Loading...
Yazının davamı reklamdan sonra

Abdi həmçinin bildirib ki, Əfqanıstanın 34 vilayətindən beşi artıq qızlara orta məktəbə getməyə icazə verib. Bunlar Balx, Cauzcan, Samanqan, Qunduz və Uruzqan vilayətləridir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button