Top.Mail.Ru

DÜNYA

Ərdoğanla Merkel arasında koalisiya POLEMİKASI


Xəbər verdiyimiz kimi, Almaniya kansleri Angela Merkel Ankaraya səfər edib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuat konfransı keçirib.

Kaim.az xəbər verir ki, birgə mətbuat konfransı zamanı Ərdoğan Merkelin hakimiyyəti dövründə koalisiya hökumətləri olmasaydı, iki ölkə arasındakı əlaqələrin daha yaxşı olacağını bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, koalisiya hökumətləri işi hər zaman çətinləşdirir.

Loading...
Yazının davamı reklamdan sonra

“Bizim koalisiya hökumətləri də heç bir nəticə əldə etmədi. Ancaq prezident idarəetmə sisteminə keçməklə bu koalisiyalardan xilas olduq və intensiv işə başladıq”, – deyə Ərdoğan bildirib.

Ərdoğanın bu sözlərindən sonra iki lider arasında aşağıdakı dialoq baş verib:

Merkel: Belə başa düşülməsin ki, koalisiyada təmsil olunan tərəfdaşlarımızla işləməkdən məmnun deyilik. Bu Almaniya hökumətlərinin xüsusiyyətidir, koalisiya bizim siyasi sistemimizə uyğundur. Biz prezident sisteminə keçmək istəmirik.

Ərdoğan: Hörmətli kansler, ancaq şikayətlərinizi zaman-zaman mənə çatdırırdınız.

Merkel: Düzdür, həyat belədir. Amma yenə də gözəl həyatdır.

Ərdoğan: Nəvəm deyir ki, “baba, nə edəcəksən, həyat belədir”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button