Top.Mail.Ru

DÜNYA

Tiflisdə 18 Oktyabr marafonu: bizim üçün qaçacaqlar


Tbilisidə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyinə həsr olunan marafon keçirilir.

Kaim.az xəbər verir ki, marafon Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR-ın Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBI), Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Xırdalan Musiqi Məktəbi, Bakı Marafon Klubu, Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi (GAİB) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə birlikdə təşkil olunub.

Oktyabrın 17-də saat 10:00-da Tbilisi şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkdan (ünvan: V.Qorqasali №4) başyan marafon Rustavi şəhərindəki parkada (ünvan: M.Kostava №12) başa çatacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Marafonda yaşı 18-dən yuxarı şəxslər iştirak edirlər. Marafonda 30 kilometr məsafəni uğurla qət edərək ilk üç yeri tutan şəxslər səfirlik tərəfindən diplom və müxtəlif hədiyyələrlə, həmçinin “finish” nöqtəsinə çatan digər müsabiqə iştirakçıları da sertifikatlarla təltif olunacaqlar.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button