Top.Mail.Ru

DÜNYA

Ərdoğan Afrika ölkələrinə SƏFƏR ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikaya səfərə çıxıb.

KAİM.az-ın xəbərinə görə, Türkiyə Prezidenti Afrikanın 3 ölkəsinə – Anqola, Toqo və Nigeriyaya səfərindən öncə Atatürk Hava Limanında mətbuata konfransında bildirib ki, indiyədək Afrikanın 28 ölkəsinə 38 dəfə səfər edib.

R. T. Ərdoğan deyib ki, növbəti səfər Türkiyə ilə Afrika arasında yeni mərhələnin başlanğıcı olacaq: “Türkiyə Afrika ölkələri üçün strateji bir ortaqdır. Türkiyə-Afrika əlaqələrini daha da yaxınlaşdırmaq niyyətindəyik”.

Qeyd edək ki, səfər oktyabrın 20-də başa çatacaq.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button