Top.Mail.Ru

DÜNYA

Minlərlə əsgər, İHA, helikopter, tank… – ABŞ bölgəyə HƏRBİ QÜVVƏ GÖNDƏRİR


ABŞ Yunanıstanın Aleksandrupolis limanına çox sayda hərbçi və texnika göndərəcək.

Kaim.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb. Məlumata görə, hərbi qüvvələrin göndərilməsi təlimlərin keçiriləcəyi ilə bağlıdır. Bildirilir ki, Aleksandrupolis limanına göndəriləcək hərbi qüvvənin sayı bu günə qədər “görünməmiş miqdardadır”. Hərbi qüvvə İHA, tank, top, ağır silahlar, helikopterlər və digər hərbi texnikalardan ibarətdir. Bildirilir ki, Aleksandrupolisdə başlayan təlimlər Rumıniya, Bolqarıstan və Mərkəzi Avropaya qədər uzanacaq.

Qeyd edək ki, ekspertlərin iddiasına görə, ABŞ təlimləri bəhanə edərək, bölgəyə qüvvə toplayır.

Loading...
Yazının davamı reklamdan sonra

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button