Top.Mail.Ru

ARAŞDIRMADÜNYA

NATO Əfqanıstanda cinayət törətdiyini etiraf etdi-Dinc sakinlərin edamı ilə bağlı QALMAQAL

ABŞ və müttəfiqlərinin Əfqanıstana müdaxiləsindən 20 il sonra dəhşətli faktların üstü açılıb.

Sən demə NATO tərkibində olan avstraliyalı hərbçilər dinc əfqanları məhkəməsiz-filansız edam edirmişlər. Onlar hətta körpə uşaqları belə qətlə yeiriblər.

Bəs avstraliyalıların bu vəhşiliyinin səbəbi nədir?

Loading...
Yazının davamı reklamdan sonra

Kaim.az bildirir ki, Britaniya imperiyası vaxtı da Avstraliyanın reputasiyası yaxşı deyildi. Çünki buranın əhalisi sürgünə göndərilən cinayətkarlardan idi əsasən.

Britaniya kraliçası hələ də Avstraliyanın de fakto dövlət başçısı və baş komandanı sayılsa da 100 illik müstəqillik dövründə çox şey dəyişib.

Keçmiş cinayətkarların nəticələrinin ölkəsi həm də ayrıca materik olmaları səbəbindən dünyadakı müharibələrindən və konfliktlərdən bir az kənarda qalıblar.

Budur, 2020-ci ilin noyabrında, avstraliyalı genaral-mayor Breretonun məruzəsindən sonra əməlli qalmaqal qalxıb. Ölkənin reputasiyası yenə korlanıb. Sən demə Əfqanıstanda xidmət keçən Avstraliya xüsusi təyinatlıları dinc əhaliyə divan tuturmuş.

Avstraliyalı hərbçilər ön cəbhədə olmayıblar. İllər ərzində cəmi 41 nəfər itiriblər. Bununla belə mücdəhidlərlə əlaqəsi olmayan, günahsız əfqanları səbəbsiz yerə edam ediblər. Özü də hərbi əməlliyyatlardan xeyli aralı olan yerlərdə.

Hələlik 39 qətl işi sübut olunub.

Avstraliyalılar düz 2001-ci ildən burdadılar. 2007-ci ilədək 950 nəfər idilər. Taliblərin aktivləşməsindən sonra döyüşçülərin sayı 1550 nəfərədək artırılıb.

Sonra ABŞ-dan 2014-cü ildə Əfqanıstanda hərbi əməliyyatların yekunlaşacağı xəbəri gəldi.

Ona görə avstraliyalılar öz bazalarını 2013-cü ildə əfqan ordusuna təhvil verdi və onların böyük hissəsi vətənə getdi.

Hazırda Qəndəhar və Kabildə cəmi 200 avstraliyalı qalıb.

General –mayor Pol Brereton döyüş əməliyyatlarında iştirak etməyib. 2016-cı ildə ona avstraliya hərbiçilərin cinayət törətmələri haqda informasiyaları tədqiq etməyi tapşırıblar.

4 il sonra-19 noyabr, 2020-ci ildə bu məsələ ilə bağlı məruzə hazır olub. Məruzədə 400 şahidin ifadəsi və 20 mindən çox bu ifadələri təsdiq edən sənədlər yer alıb. Ekspertlərə 25 mindən çox fotoşəkli təqdim olunub.

Bəzi faktlar hələ ictimaiyyətdən gizli saxlanılıb. Bununla belə məruzə edilənfaktlar  belə böyük qalmaqal yaradıb.

2009-2016-cı illər ərzində 25 avstraliyalı hərbi cinayət törədib. 23 epizodda taliblərlə heç bir əlaqəsi olmayan 39 dinc sakin qətlə yetirilib.

Qeyd edilir ki, hərbi cinayət törədənlərin əksəriyyəti  çox yaxşı döyüşçü kimi xarakterizə edilir. Bəziləri hələ xidmət keçir.

İstintaq müəyyən edib ki, qətl edilən dinc sakinləri öldürdükdən sonra yanlarına silah atılıb fotoşəkilləri çəkilirmiş. Guya onlar silahlı müqavimət göstəriblər.

Sənəddə deyilir ki, bu faktlar Avstraliya hərbi tarixində ən biabırçı səhifələrdir. Bir dəfə onlar 14 yaşlı iki yeniyetməni saxlayıblar. Şübhəli heç nə olmasa da boğazlarını kəsib çaya atıblar.

O da deyilir ki, məruzə haqda hələ 6 noyabrdan məlumat varmış.

Son 3 həftə ərzində Avstraliyada  20-50 yaş arası 9 keçmiş hərbçi intihar edib. Bu ölkə tarixində ilk belə hadisədir. İntihar edənlərin hərbi cinayətlərə aid olub olmamaları bəlli deyil.

İlqar Atabəyli

 

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button