Top.Mail.Ru

DÜNYA

Ukrayna ilə Rusiya arasında müharibə başlayır?

Qondarma Donetsk Respublikasının ordusu Marinka və Starohnativkada yerləşən Ukrayna ordusunun mövqelərini QRAD atəşinə tutub.
Məlumata görə, Ukrayna ordusu buna Donetsk hava limanını artilleriya atəşinə tutmaqla cavab verib. “Bayraktar” PUA-larının Donetsk şəhəri üzərində uçuşlar həyata keçirdiyi bildirili. Donetsk və Krım Ukraynaya məxsus ərazilərdir, lakin hal-hazırda işğal altındadır.
Bu barədə Siyasi Şərhçi Elman Vəliyev Kaim.az-a müsahibəsində bildirib.
Şərhçi qeyd edir: “Rusiya 2014-cü ildə “Krım əməliyyatı” adı almış müharibədə Ukraynaya məxsus Kırım bölgəsini ələ keçirdi. Buna qarşı bir neçə Avropa dövləti etiraz edib Rusiyaya qarşı sanksiyalar tədbiq etsələr də önəmli efekt vermədi. Qarabağ savaşında Ukrayna daim Azərbaycanın yanında olduğunu və hər cür yardım edəbiləcəyini açıqlayan  dövlətlərdən biridir. Fransa senatı “Dağlıq Qarabağ respublikasını” tanıyacağını bildirəndə Rusiya dövlət duması bildirdi ki, Fransa gərək Krımı da Rusiya ərazisi kimi tanısın. Rusiyanın belə deməsi alova benzin tökdü. Ancaq Fransanın belə bir addım atacağını ehtimal etmirəm, çünki Fransa ilə Almaniya arasında da Elzas və Latoringiya üstündə mübahisə var.Krımı Rusiya ərazisi kimi tanısa, gərək bu əraziləri də Almaniya ərazisi kimi tanısın.
Lakin hal-hazırda Rusiya digər dövlətlər tərəfindən sıxışdırlma planı ilə üzləşib. Rusiya Şərqi Avropada olan sütunlarını itirir yavaş-yavaş. Balkanlardakı dayağı Serbiyanı itirməyinin üstündən, Moldovada yeni prezident seçilən Sandu da qərbyönümlü siyasət yeridərək Rus ordusunun Moldovanı tərk etməsini bildirdi. Rusiya belə bir konfliktli vəziyyətdə Ukrayna ilə müharibəyə başlasa onun üçün yaxşı olmayacaq. Çünki 2014 Krım müharibəsində Rusiyaya qarşı tədbiq edilən iqtisadi sanksiyar ölkəni çox sarsıtdı. bu gün də həmin situasiya ilə üzləşməyi an məsələsidir. Rusiyaya indi müharibə deyil müttəfiq lazımdır.”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button