Top.Mail.Ru
DÜNYA

Banan aldı, narkotik ÇIXDI – Kolumbiyadan SƏHV GÖNDƏRİŞ

Belçikanın Qrimbergen şəhərində meyvə-tərəvəz satıcısı maraqlı hadisə ilə qarşılaşıb.

KAİM.az-ın xəbərinə görə, onun bu səhər ənənəvi olaraq topdansatış mərkəzindən aldığı 10 qutu bananın içərisindən narkotik çıxıb.

Satıcı dərhal polisə məlumat verib. Əraziyə girişi məhdudlaşdıran polis digər qutuları da açıb. 7 qutuda narkotik maddə aşkar edilib. Polis qutuları müsadirə edib, satıcı isə şifahi sorğu-sualdan sonra sərbəst buraxılıb.

Loading...

İstintaqın verdiyi məlumata görə, bananlar Kolumbiyadan gəlib. Məlum olmayan səbəblərdən ünvan səhv düşüb və böyük partiya narkotik vasitə ələ keçib.(Lent.az)

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button