Top.Mail.Ru
DÜNYA

Saakaşvilinin son durumu necədir? – HƏKİMİ DANIŞDI

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə axşam saatlarında qan köçürülüb və səhhəti sabitləşib.

KAİM.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze jurnalistlərə bildirib:

“Saakaşvilinin qan testinin parametrlərindən biri pis idi, buna görə də yerli həbsxana həkimləri və təcili yardım qrupu mənə qanköçürmədə kömək etdi və bundan sonra Saakaşvilinin vəziyyəti sabitləşdi”.

O hesab edir ki, Saakaşvili həkim nəzarəti altında şəhər klinikasına yerləşdirilməlidir, əks təqdirdə böhran təkrarlana və həbsxana xəstəxanasında bunun öhdəsindən gəlmək çətin ola bilər.

“İndi Saakaşvilinin səhhəti qənaətbəxşdir, dünənkindən daha yaxşıdır”, – deyə o bildirib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button