Top.Mail.Ru
DÜNYA

Rusiyada koronavirusdan maksimum ölüm QEYDƏ ALINDI

Rusiyada artıq beşinci gündür ki, koronavirusdan ölənlərin sayında qeydə alınan maksimum göstərici yenilənib.

KAİM.az xəbər verir ki, ölkədə son sutka ərzində 1 075 ölüm halı qeydə alınıb.Ümumilikdə, pandemiyanın başladığı gündən indiyədək 229 528 nəfər koronavirus səbəbindən ölüb. Operativ qərargahın məlumatlarına əsasən, şərti ölüm nisbəti (son ölüm yalnız epidemiya bitdikdən sonra müəyyən edilə bilər) 2,8 % səviyyəsində qalıb.

Xüsusilə, son sutkada Moskvada 82, Sankt-Peterburqda 67, Krasnodar vilayəti və Nijni Novqorod vilayətində – hər birində 42, Başqırdıstanda 46, Rostov, Sverdlovsk bölgələrində və Stavropol vilayətində – hər birində 34 ölüm hadisəsi qeydə alınıb.

Loading...

Rusiyada koronavirusa son sutkada 37 678 yoluxma qeydə alınıb. Bununla ölkədə ümumi yoluxanların sayı 8 205 983-ə çatıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button