Top.Mail.Ru
DÜNYA

Şavkat Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildi


Oktyabrın 24-də keçirilən prezident seçkilərində Liberal-Demokrat Partiyasından indiki dövlət başçısı Şavkat Mirziyoyev seçicilərin 80,1 faizinin səsini qazanaraq qələbə çalıb.

Kaim.az “Azərtac”a istinadən xəbər verir ki, bu haqda Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev Daşkənddə keçirilən mətbuat konfransında məlumat verib. O deyib ki, seçkilərdə səs hüququ olan 19,86 milyon seçicinin 16,36 milyonu iştirak edib ki, bu da seçicilərin 80,8 faizi deməkdir.

Prezident kreslosu uğrunda mübarizə aparan Xalq-Demokratik Partiyasından Maqsuda Varisova səslərin 6,6 faizini toplayaraq ikinci, “Milli Dirçəliş” Demokratik Partiyasından Əlişir Kadırov 5,5 səslə üçüncü yerdədirlər. Ekoloji Partiyadan Narzulla Oblomuradov 4,1 faiz, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov 3,4 faiz səs toplayıb.

Loading...

Azərbaycan Milli Məclisi sədrinin müavini Fəzail İbrahimlinin başçılığı ilə parlament nümayəndə heyəti seçkilərdə müşahidəçi kimi iştirak edib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Cavanşir Paşazadə və Aydın Mirzəzadə MDB PA-nın xətti ilə, deputat Ağalar Vəliyev isə TÜRKPA-nın xətti ilə müşahidəçilər arasında olublar.

Xatırladaq ki, Özbəkistanda son prezident seçkiləri 2016-ci ilin dekabrında keçirilib və Şavkat Mirziyoyev seçicilərin 88.61 faizinin səsini toplayıb.

Özbəkistanda Prezident 5 il müddətinə seçilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button