Top.Mail.Ru
DÜNYA

Türkiyədə zəlzələ dağıntılara səbəb olub, xəsarət alanlar var

Türkiyənin Ərzurum şəhərində baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 2 kənddə dağıntılar baş verib.

KAİM.az xəbər verir ki, bu barədə səhiyyə naziri Faxrettin Koca tviterdəki hesabında yazıb.

O, bildirib ki, zəlzələ zamanı 4 nəfər xəsarət alıb. Zəlzələ ilə bağlı bölgəyə 5 təcili tibbi yardım maşını, 27 səhiyyə işçisi cəlb olunub.

Qeyd edək ki, yeraltı təkanlar Köprüköy rayonunda yerli vaxtla saat 15:40-da qeydə alınıb.

Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ 12 saniyə davam edib. Ərzurum valisi Okay Memiş dağıntılar altında qalan 2 nəfərin sağ çıxarıldığını bildirib. Zəlzələdən sonra yüksəkliklərdən düşən qayalar Hınıs-Tekman yolunu bağlayıb.

Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar həmçinin Ağrı, Diyarbakır və Muş şəhərlərində də hiss olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button