Top.Mail.Ru
DÜNYA

Türkiyə-İsrail münasibətlərində mühüm DÖNÜŞ FÜRSƏTİ – Bakı da UDUŞDA

İsrailin Baş naziri Naftali Bennet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb. Bu barədə “Jerusalem” Post məlumat yayıb. Məlumata görə, bu, İsrail hökumətinin başçısı ilə Türkiyə lideri arasında 2013-cü ildən bu günədək ilk telefon danışığıdır. Qeyd olunur ki, Bennet ötən həftə Türkiyə Prezidentinin iqamətgahını çəkdiyinə görə İstanbulda həbs edilən israillilər-Natali və Mordi Okninin azad edilməsində göstərdiyi səylərə görə Ərdoğana təşəkkür edib.

Baş nazir, həmçinin Türkiyə və İsrail tərəfləri arasında humanitar məsələlərdə əməkdaşlıq səviyyəsini müsbət qiymətləndirib və əlavə edib ki, bu əməkdaşlıq öz səmərəliliyi ilə seçilir.

Bəs nəzakət jestləri ilə zəngin bu telefon danışığı Türkiyə-İsrail münasibətlərinə nə vəd edir? İki dövlət barışa, münasibətləri normallaşdıra, Azərbaycan bu prosesdə dəstək ola bilərmi?

YAP-çı deputat Hikmət Babaoğlu Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasının çox önəmli olduğunu qeyd etdi: “Türkiyə və İsrail Yaxın Şərqin ən önəmli iki dövlətidir. Bu ölkələr arasında münasibətlərin yaxşı olması hər iki dövlətin maraqları baxımından strateji əhəmiyyət daşıyır. Hətta o dərəcədə strateji ki, iki ölkənin birgə səyləri və davamlı cəhdləri olarsa, Yaxın Şərq regiondan kənar müdaxiləçilər üçün inhisar obyekti olmaqdan çıxa bilər. Müxtəlif geostrateji qütblərin toqquşma poliqonu yox, sivilizasiyaların dialoqu məkanına çevrilə bilər. Ona görə də hazırkı tarixi mərhələdə qardaş Türkiyə və dost İsrail bu perspektivləri yaxşı qiymətləndirməyi bacarmalıdır. Bu günlərdə iki ölkə liderləri arasında baş tutan telefon danışığı və qarşılıqlı nəzakət jestləri münasibətlərin nizama salınması üçün bir fürsət ola bilər ya da fürsətə çevirilməlidir.

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Babaoğlu: “Qardaş Türkiyə və dost İsrail bu perspektivləri yaxşı qiymətləndirməyi bacarmalıdır”

Məsələ ondadır ki, hazırda qardaş Türkiyə həm iqtisadi, həm demoqrafik həm də hərbi-siyasi kontekstdə öz regionunda parlayan ulduzuna çevirilməkdədir. İqtisadi və əhali potensialı, güclü ordusu onun regional və qlobal mövqelərini daha perspektivli edir. Üstəlik hər cür tərəfdaşlıq və əməkdaşlıq platforması üçün açıqdır. Eyni zamanda, İsrail bir sıra innovativ istiqamətlər üzrə dünyanın ən qabaqcıl texnologiyalarını uğura iqtisadiyyatın və sənayenin müxtəlif sahələrinə tətbiq etməklə mühüm nailiyyətlərə imza atır. Buraya hərbi sənaye də daxildir. Belə olan halda uzun illərdir davam edən Yaxın Şərq müharibəsinə son qoymaq da  Suriyada və digər ərazilərdə ən müxtəlif terror qruplaşmalarına qarşı mübarizədə uğurlar əldə etmək də iki ölkənin birgə səylərindən ciddi şəkildə asılı olacaqdır. Şübhəsiz ki, İsrail və Türkiyənin bir gündə müttəfiqə çevrilə biləcəklərini söyləmək doğru olmaz. Çünki istənilən geostrateji rayonda mövcud olan böyük dövlətlər təkcə əməkdaşlıq yox, həm də rəqabət halında yaşayırlar. Bu da təbiidir. Üstəlik dini-ideoloji və etnokulturoloji fərqliliklər də bu münasibətlərin keyfiyyətinə təsir edən faktorlar sırasındadır. Ancaq bütün bunlara baxmayaraq, hər iki ölkə əsas strateji məqsədlər üçün digər bütün nüansları arxada qoymağı bacarmalıdırlar”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib - Modern.Az Azərbaycan və dünya xəbərləri

Kənan Rövşənoğlu: “Yaxın dövrdə siyasi yumşalmanın olması mümkündür”

Siyasi yazar Kənan Rövşənoğlu telefon danışığını bu cür şərh etdi: “Bu telefon danışığı məlum olduğu kimi iki israilliyə görə idi. Baş nazir Bennetin də dediyi kimi, İsrail və Türkiyə arasında humanitar sahədə yaxşı əlaqələr var. Ticarət həcmi də normaldır. Əsas problem siyasidir. Türkiyə dövləti ilk gündən Fələstin-İsrail məsələsində Fələstini dəstəkləyib, bunu İsrail də qəbul edib, çünki Ankaranın Osmanlının varisi kimi siyasi məsuliyyəti də olub. Buna görə də münaqişənin ədalətli həllində qəti mövqe sərgiləyib. Amma son illərdə, xüsusən də ”van minut” və 2010-cu il Mavi Marmara hadisələrindən hadisələrindən sonra açıq-aşkar gərginlik yarandı. Türkiyə müsəlman aləmində lider ölkə rolunu üzərinə götürdü və Fələstin məsələsində daha qətiyyətli və sərt mövqe tutmağa başladı. Paralel olaraq İsraildə də sağ radikallar hakimiyyətdə olduğu üçün münasibətlər iki tərəfdən pisləşdi. Türkiyənin Fələstin müqavimətinə, o cümlədən “Həmas” və onun ideoloji kökü “ixvana” dəstəyi İsraildə düşmənçilik kimi qarşılandı və nəticədə siyasi əlaqələr minimuma endi.

Amma qeyd etdiyim kimi, bu daha çox siyasi sahəyə aiddir, humanitar, iqtisadi, ticari və digər sahələrdə normal münasibətlər davam edir. Onu da qeyd etmək lazımdır ki, 2020-ci ildən başlayaraq Türkiyə regional siyasətdə yenilənmə xəttini götürüb. Bir sıra ölkələrlə münasibətləri qaydaya salır. Onlardan biri də İsraildir. Düzdür, hələlik BƏƏ, Misir kimi ölkələrlə müqayisədə İsraillə ciddi addımlar atılmayıb, amma gözləniləndir ki, tezliklə olacaq. Yəni yaxın dövrdə siyasi yumşalmanın olması mümkündür. Azərbaycana gəlincə, Türkiyə-İsrail münasibətləri Azərbaycana mənfi təsir etməyib. Hazırda Bakının İsraillə yaxşı əlaqələri var. Yəni Türkiyə ilə münasibətlərə görə Bakı ilə hər hansı neqativ olmadığı üçün bizimlə əlaqələrdə hər hansı yeniliyin olmasını düşünmürəm. Sadəcə İsrail ətrafında vəziyyətin dəyişməsi, ərəb ölkələrinin İsraillə münasibətlər qurması, eləcə də, Türkiyənin İsraillə barışığı Bakı üçün bir nəfəslikdir. Çünki münasibətlər soyuq olanda kimlərsə Bakını buna görə ittiham edir, “müsəlman həmrəyliyinə” zidd getdiyini iddia edirdi. Amma digər müsəlman ölkələrinin İsraillə barışması Bakını bu ittihamlardan azad edir”.

Cavanşir ABBASLI

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button