Top.Mail.Ru
DÜNYA

Etirazlar NƏTİCƏ VERDİ: Saakaşvili Tblisidən ÇIXARILDI – Hakimiyyət geri ADDIM ATDI

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tiflisdən 80 km aralıda yerləşən Qori şəhərində hərbi xəstəxanaya yerləşdirilib.

KAİM.az xəbər verir ki, eks-prezident təcili yardım maşını ilə Qoriyə gətirilib.

İki təcili yardım maşını və hüquq-mühafizə orqanlarının əməkdaşlarının olduğu 10-a yaxın avtomobil karvanı bir saat ərzində Qoridəki xəstəxanaya çatıb. Bütün proses insidentsiz keçib.

Saakaşvilinin yerləşdirildiyi binanın pəncərələrində dəmir şəbəkə quraşdırılıb. Bundan əlavə, jurnalistlərin ona yaxınlaşmasının qarşısını almaq üçün bina avtobuslarla əhatə olunub. Xəstəxananın girişlərində polislər yerləşdirilib.

Son iki gündə Gürcüstanın eks-prezidenti ağır vəziyyətdə həbsxana klinikasının reanimasiya şöbəsində olub.

Hakimiyyət Saakaşvilini xəstəxanaya köçürmək qərarına gəldikdən sonra 50 gündür davam edən aclıq aksiyasına son qoyacağını açıqlayıb. Müxalifət xəstəxana yaxınlığında etiraz aksiyaları keçirməyəcəyinə söz verib. //teleqraf

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button