Top.Mail.Ru
DÜNYA

Türkiyədən Aralıq dənizində kritik həmlə: Başlanıldı…

Türkiyənin Şərqi Aralıq dənizində təhlükəsizliyini artırmaq üçün qurulacaq 5 sahil müşahidə stansiyasından ikisinin tikintisinə başlanılıb.

KAİM.az xəbər verir ki, Şərqi Aralıq dənizi ilə bağlı masada qalıcı həll yolu axtarmaqla yanaşı, araşdırmalarını davam etdirən Türkiyə bölgədə təhlükəsizliyi artırmaq üçün də işlərini görür.

Bu çərçivədə Daxili İşlər Nazirliyi tərəfindən tikilməsi planlaşdırılan beş müşahidə məntəqəsindən biri Mərsinin Anamur, digəri isə Hatayın Kəltəpə rayonunda tikilir. Eyni zamanda, Şimali Kiprdə Monitorinq və Əməliyyat Mərkəzinin yaradılması üçün də işlərə başlanılıb. Əməliyyat mərkəzlərinin qısa müddətdə tamamlanacağı bildirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button