Top.Mail.Ru

DÜNYA

5-dən çox pilotsuz təyyarə İran ərazisinə DAXİL OLDU – S-300 onları VURA BİLMƏDİ

Dünən gecə 5-dən çox pilotsuz təyyarə İran ərazisinə daxil olub.

KAİM.az xəbər verir ki, İran mənbələri ötən gecə 5-dən çox pilotsuz təyyarənin İran ərazisinə daxil olduğunu təsdiqləyib. İranın “Bavar 373” raket kompleksi və Rusiyanın “S-300” raket kompleksi onların heç birini vura bilməyib.
Daha sonra PUA-lar Natanz obyektinə yollanıb. İHA-lar obyektin üzərində 40 dəqiqə uçub. Pua-ların hansı ölkəyə məxsus olması dəqiq olmasa da, təxmin edilir.

PUA-lara atəş açıldıqdan sonra raketlər obyektin yaxınlığındakı kəndlərə düşüb.

Loading...
Yazının davamı reklamdan sonra

Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən atılan PUA-lar uzun mübarizələrdən sonra obyektin yaxınlığında düşüb. Hadisə zamanı İran ordusunun elektron döyüş sistemindən istifadə etməsi ətrafdakı şəbəkələrin dağılmasına səbəb olub.

İranlı mənbələr Rusiyanı tənqid edərək, S-300 sistemlərinin bütün hissələrinin çatdırılmadığı üçün onun hava sahəsinə daxil olan İHA-ları vura bilmədiklərini bildirib. //KONKRET.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button