Top.Mail.Ru

DÜNYA

Hindistanda Baş Qərargah rəisinin içində olduğu helikopter qəzaya uğrayıb

Göyərtəsində Hindistan Müdafiə Nazirliyi Baş Qərargının rəisi Bipin Ravatın da olduğu helikopter qəzaya uğrayıb.

“Report” “India Today”ə istinadən xəbər verir ki, helikopterin göyərtəsində daha 3 yüksək rütbəli hərbçi olub.

Bildirilib ki, hadisə dekabrın 8-də Hindistanın Tamçiland ştatında baş verib.

Loading...

Məlumata görə, hadisə yerində 3 yaralı aşkar olunub, 4-cü şəxsin axtarışı davam edir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi ştatı 2019-cu ilin dekabrında yaradılıb. O, Hindistan ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin fəaliyyətini əlaqələndirir. O, müdafiə texnologiyası və texnikanın alınması məsələlərini də koordinasiya edir. General Bipin Ravat bu posta təyin olunmuş ilk şəxsdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button