Top.Mail.Ru

DÜNYA

Dubay şəhərində soydaşlarımızın həmrəylik görüşü TƏŞKİL EDİLİB

Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan azərbaycanlıların 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib.

Komitədən KAİM.az-a verilən məlumata görə Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ-dəki əlaqələndiricilərinin təşkilatçılığı ilə baş tutan həmrəylik görüşündə Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan bayraqları və bayrağımızın rənglərinə boyanmış şarlarla bəzədilmiş gəmidə gerçəkləşdirilən tədbir zamanı soydaşlarımız qalib xalqımızı və dünya azərbaycanlılarını möhtəşəm bayram münasibətilə təbrik ediblər. Koordinasiya Şurasının yaradılması, Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması ərəb ölkələrində yaşayan həmvətənlərimizin diaspor quruculuğu sahəsində atdığı mühüm addım və ilin müsbət yekunu kimi qiymətləndirilib.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button