Top.Mail.Ru

DÜNYA

Lukaşenkoya qarşı inanılmaz iddia – “Soyqırımı” ittihamı ilə cinayət işi açıldı

Polşalı vəkil Tomaş Vilinski Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı belaruslu müxalifətçilər, Yaxın Şərq və Afrikadan olan miqrantların soyqırımı ittihamı ilə məhkəməyə müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Onun sözlərinə görə, Polşa Cinayət Məcəlləsinin 113-cü maddəsi Polşa sərhədləri yaxınlığında əcnəbilərə qarşı törədilmiş qanun pozuntuları ilə bağlı cinayət işinin başlanmasına icazə verir.

Loading...

İddia digər ittihamlar, məsələn, bəşəriyyətə qarşı cinayət, dövlət terrorizmi və ayrı-seçkilik üzrə də qaldırılıb. Sənədlər artıq Varşava Baş Prokurorluğuna təqdim edilib. Vilinskinin sözlərinə görə, o, aidiyyəti quruma Belarus hakimiyyətinin sifarişi ilə törədilən qətllərə dair sübutları da verib.

Vəkil Lukaşenko ilə bağlı gələcəkdə Beynəlxalq Haaqa Məhkəməsinə müraciət etməklə də hədələyib. O qeyd edib ki, artıq yeni iddia üzrə işlərə başlanılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button