Top.Mail.Ru

DÜNYA

Koronavirusun ən zəif variantı AÇIQLANDI

Edinburq Universitetinin nümayəndələri belə qənaətə gəliblər ki, COVID-19 koronavirusu bir qədər zəifləyib və hətta onun ən zəif mutasiyasını müəyyən edə biliblər.

KAİM.az Lent.az-a istinadla bildirir ki, elmi işlərin nəticələrinə görə, koronavirus infeksiyasının son variantı belə adlandırılıb və ona “Omicron” adı verilib.

Çinin Uhan şəhərində COVID-19 aşkarlanandan bəri müəyyən edilən bütün mutasiyalar arasında “Omicron” ən zəifi hesab edilib.

Loading...

Qeyd etmək lazımdır ki, işin nəticələri hələ nəzərdən keçirilməyib. Lakin tədqiqatçılar əmindirlər ki, yeni mutasiya infeksiyası zamanı xəstəxanaya yerləşdirmə riski yüksək deyil.

Bundan başqa, yeni ştamın yaratdığı covid zamanı fəsadların inkişaf etməsi ehtimalı virusun əvvəlki versiyalarından daha aşağıdır.

Tədqiqat zamanı mütəxəssislər peyvənd, xəstələrin yaşı, cinsi, keçmiş xəstəliklər və s. kimi məlumatları nəzərə alıblar.

Nəticədə məlum olub ki, Omicron koronavirusa yoluxma halında xəstəxanaya yerləşdirmə “Delta” ştamı ilə müqayisədə 60 faiz azdır.

Bu halda, nisbətən “yumşaq” “Omicron” “Delta”nı sıxışdırmağa başlayır. Bu proses infeksiyanın insandan insana daha sürətli və asan keçməsi ilə izah olunur.

Yenidən mutasiyaya uğramış koronavirusa qarşı peyvəndin hələ də təsirli olduğuna inanılır, lakin “Omicron”dan qorunmaq üçün gücləndirici doza tələb olunur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button