Top.Mail.Ru

DÜNYA

Koronavirusun yeni “Omikron” ştammı “Delta”nı sürətlə sıxışdırıb çıxarmağa başlayıb

Yayıldığı ölkələrdə koronavirusun yeni “Omikron” ştammı bunadək dominantlıq edən “Delta” variantını çox sürətlə sıxışdırıb çıxarmağa başlayıb.

KAİM.az xəbər verir ki, bunu Rusiyanın Qamaley Mərkəzinin laboratoriya müdiri Vladimir Quşçin “Rusiya-1” telekanalının efirində bildirib.

Danimarka, Norveç, Böyük Britaniya, ABŞ-da biz görürük ki, “Omikron” çox sürətlə “Delta”nı əvəz etməyə başlayıb”, – deyə o bəyan edib.

Loading...

Ekspert, həmçinin “Omikron” ştammının “canlı peyvənd” ola biləcəyi fikrilə də razılaşmayıb.

Qeyd edək ki, noyabrın 26-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda tapılan B.1.1.529 COVID ştamını yunan hərfinə uyğun olaraq “Omikron” adlandırıb. Təşkilatın məlumatına görə, yeni ştam indiyədək 100-dən çox ölkədə aşkar edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button