Top.Mail.Ru

DÜNYA

Qazaxıstanda hökumətin yeni başçısı Alixan Smailov kimdir? – DOSYE

Qazaxıstanda maye qazın bahalaşmasına görə yanvarın 2-dən başlayan etiraz aksiyaları hökumətin istefaya getməsilə nəticələnib.

Baş nazir Əsgər Maminin istefasından sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublika hökumətinə rəhbərliyi müvəqqəti olaraq Baş nazirinin 1-ci müavini Alixan Smailova həvalə edib.

KAİM.az Qazaxıstan mətbuatına istinadən hazırda Baş nazir səlahiyyətlərini icra edən Alixan Smailovun dosyesini təqdim edir:

Loading...

Alixan Asxanoviç Smailov 18 dekabr 1972-ci ildə Almatı şəhərində anadan olub.

1994-cü ildə Qazaxıstan Dövlət Milli Universitetini tətbiqi riyaziyyat ixtisası üzrə, 1996-cı ildə Qazaxıstan Respublikası Prezidenti yanında İdarəetmə, İqtisadiyyat və Proqnozlaşdırma İnstitutunda dövlət idarəçiliyi ixtisası üzrə təhsil alıb.

1993-1995-ci illərdə “A-İnvest” investisiya və özəlləşdirmə fondunda baş mütəxəssis, 1995-1996-cı illərdə Almatı şəhər administrasiyasının ticarət və sənaye şöbəsində baş mütəxəssis vəzifələrində çalışıb.

1996-1998-ci illərdə – Milli Statistika Agentliyində şöbə müdirinin müavini, şöbə müdiri işləyib.

1998-ci ilin mart-aprel aylarında – Qazaxıstan Respublikasının Statistik Planlaşdırma və İslahatlar Agentliyinin Statistika və Təhlil Komitəsinin sədr müavini postunu tutub.

1998-1999-cu illərdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Administrasiyasının baş eksperti, iqtisadiyyat sektorunun müdiri oliub. 1999-cu ilin avqustundan noyabr ayına qədər – Prezident Administrasiyasının Təşkilat-nəzarət şöbəsinin dövlət müfəttişi işləyib.

1999-2003 –cü illərdə Qazaxıstan Respublikası Statistika Agentliyinin sədri, 2003 – cü ildə Qazaxıstan Xarici İşlər Nazirinin müavini vəzifələrində çalışıb.

2003-2006 -da İxrac Kreditlərinin və İnvestisiyalarının Sığortası üzrə Dövlət Sığorta Şirkətinin İdarə Heyətinin sədri olub.

2006-2007 və 2008-2009-cu illərdə – Qazaxıstan Respublikası maliyyə nazirinin müavini postunu tutub.

2007-2008 – də “KazAgro” Milli Holdinqinin prezidenti olub.

2009-2014-cü illərdə yenidən Qazaxıstan Respublikasının Statistika Agentliyinə rəhbərlik edib.

2014-2015-ci illərdə – Qazaxıstan Respublikası Milli İqtisadiyyat Nazirliyinin Statistika Komitəsinin sədri olub.

2015-ci ilin dekabrından 2018-ci ilin sentyabrına qədər Nursultan Nazarbayevin köməkçisi işləyib.

2018-ci il sentyabrın 18-dən 2019-cu il fevralın 25-dək – respublikanın maliyyə naziri olub.

2019-cu il fevralın 25-də o, Qazaxıstan Baş nazirinin birinci müavini – maliyyə naziri təyin edilib. 2020-ci ilin may ayına qədər bu vəzifədə çalışıb.

18 may 2020-ci il tarixindən – Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini (18 yanvar 2021-ci ildə yenidən təyin edilib) olub.

Qazaxıstan Prezidenti yanında Xarici İnvestorlar Şurasının (2016-cı ildən), Qazaxıstan Prezidenti yanında İqtisadi İnkişafın Bərpası üzrə Dövlət Komissiyasının (2020-ci ildən) üzvü, Qazaxıstan Respublikasının Avrasiya İqtisadi Komissiyasının Şurasındakı (2019-cu ildən) nümayəndəsidir.

Rus dilində səlis danışır.

1-ci dərəcəli məsləhətçidir.

“Parasat” ordeni ilə təltif edilib (2020).

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button