Top.Mail.Ru

DÜNYA

SON DƏQİQƏ! Rusiya XİN-in yeni rəhbəri BƏLLİ OLDU: Lavrov bu şəxslə ƏVƏZLƏNDİ

Bu gün dünyada (əsasən də postsovet məkanında) ən çox müzakirə olunan mövzulardan biri Qazaxıstanda baş verən hadisələrdir. Xatırladaq ki, yanvarın 1-də ölkədə maye qazın qiyməti qaldırılıb və elə ertəsi gün Mangistau vilayətində küçə nümayişləri başlayıb. Tezliklə digər rayonların sakinləri də kütləvi etirazlara qoşulub və nəticədə hökumət istefa verib.

Sonradan Qazaxıstanda etiraz aksiyaları ümummilli xarakter alıb. İnzibati binaların ələ keçirilməsi fonunda hakimiyyət antiterror əməliyyatına başlayıb və Prezident kömək üçün KTMT-yə müraciət edib.

Diqqətçəkən bir faktı qeyd edək. Qonşuluqda baş verən bu cür hadisələrə adətən tez reaksiya verən Kreml son ana qədər susqun qaldı. Və yalnız Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, sanki saymazyana şəkildə dedi: “Qazaxıstanın hakimiyyət orqanları ölkədəki vəziyyətin öhdəsindən müstəqil şəkildə gələ bilirlər, əsas odur ki, onlar xarici qüvvələrin müdaxiləsinin qarşısını ala bilsinlər”.

Loading...

Və rəsmi Moskvanın neytral mövqeyi fonunda bu ölkənin xarici siyasət idarəsinin rəhbərinin və hətta Rusiya dövlətinin başçısının rolunu öz üzərinə “Rossiya Seqodnya” və “Sputnik” BİA-nın, həmçinin “Russia Today” kanalının baş redaktoru, məşhur erməni Marqarita Simonyan götürdü.

Peskov “əsas məsələ xarici qüvvələrin müdaxiləsindən qaçmaqdır” desə də, Simonyan özünəməxsus şəkildə hərəkət etmək qərarına gəlib. Özü də necə. Həyasızcasına, mədəniyyətsizcəsinə. Bir sözlə, daim “əzabkeş” millətin nümayəndələrinə xas olan qaydada. O, Qazaxıstan hakimiyyətinə ultimatum verib.

Belə ki, Qazaxıstan Prezidentinin KTMT-yə kömək üçün müraciətini eşidən Simonyan yenə də Roma Papasından daha artıq katolik olmaq qərarına gəlib. O, bu tələbləri yanvarın 5-i axşam şəxsi “Telegram” kanalında yayımlayıb. Simonyan kütləvi etirazları dağıtmaq üçün hərbi yardım müqabilində Qazaxıstandakı rejimdən altı “şərti” yerinə yetirməsini istəyir. Söhbət ölkənin tam ruslaşdırılmasından gedir:

“Krım tanınmalıdır.
Kiril əlifbası qaytarılmalıdır.
Rus dili Qırğızıstanda olduğu kimi ikinci dövlət dili olmalıdır.
Rus məktəblərini sakit buraxın.
Rusiya əleyhinə olan QHT-ləri qovun.
Millətçilərlə oyunlar istisna olmaqla, Rusiyaya qarşı ardıcıl qardaş siyasəti yeridin.
“Olmasa, əvəzində də heç nə yoxdur”, – deyə Simonyan bildirib.

Dəhşətli dərəcədə təkəbbürlü Marqo, İngiltərə Şimali Amerika ştatlarının müstəqilliyini tanımadığı təqdirdə, ona müharibə elan edəcəyini vəd edən Baron Münhauzeni xatırladır.

Yeri gəlmişkən, erməni “yubkalı münhauzen”in xarici ölkənin işlərinə burnunu soxması birinci dəfə deyil. Yadımdadır, ötən ilin yanvarında Simonyan Ukraynada da suları bulandırmağa çalışmışdı. Separatizmin apologeti kimi o, Donetskdə Rusiya tərəfindən dəstəklənən qondarma “DXR” separatçılarının təşkil etdiyi forumda iştirak etmiş və əslində Ukrayna Donbassının Rusiyaya birləşdirilməsinə çağırmışdı.

“Donbaslılar öz evlərində yaşamaq və böyük, səxavətli Vətənimizin bir hissəsi olmaq istəyirlər. Biz də onları bununla təmin etməyə borcluyuq. Ana Rusiya, Donbassı evinə apar”, – deyə o səslənmişdi.

Sonra onun “vətənşüvənlik” çağırışına belə rəsmi cavab verilmişdi: “Kreml Donbassı Rusiyaya birləşdirmək fikrində deyil, Moskva bu məsələdə “məsuliyyətli mövqe” tutur”.

İndi isə yumşaq desək, məsuliyyətsiz Simonyan yenidən böyük siyasətə girib özünü Putindən daha çox rus kimi göstərməyə çalışır. Ümumiyyətlə, Simonyan həddini çox aşır. Dünən “Taliban”çılara “yaraşıqlılar” deyirdi, bu gün xarici ölkə qarşısında tələblər qoyur, sabah nə olacaq? Sabah isə həmişəki kimi olacaq: nə əkmisənsə, onu da biçəcəksən. Simonyan isə şübhəsiz ki, öz axmaqlığının qurbanı olacaq…

P.S. Yeri gəlmişkən, KTMT Qazaxıstana sülhməramlı qüvvələr altında ordu yeridib – Simonyanın heç bir tələbi nəzərə alınmadan. İndi bizə Marqonun xəbəri və razılığı olmadan belə bir addım atmağa cəsarət edən KTMT-yə qarşı iddialarını gözləmək qalır.

Fed Bakinski

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button