Top.Mail.Ru

DÜNYA

SON DƏQİQƏ! Rusiya Qazaxıstana əlavə ordu və ağır hərbi texnika YERİDİR – YENİ RAZILAŞMA

Rusiya Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Rusiya kontingentinin Qazaxıstana köçürülməsini davam etdirir.

KAİM.az xəbər verir ki, bu barədə Rusiya MN-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hazırda hərbçilər Moskva, İvanovo, Ulyanovsk vilayətlərindəki aerodromlardan Qazaxıstana göndərilməyə hazırlanırlar. Rusiya Hava Desant Qüvvələrinin bölmələri texnika və silahları hərbi təyyarələrə yükləyir.

Loading...

“Əvvəlki transferlər KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin hava-desant qoşunları “Çkalovski”, “İvanovo-Severnıy” və “Ulyanovsk-Vostoçnıy” yükləmə aerodromlarında yerləşdirilmişdi”, – məlumatda deyilir.

Nazirlik onu da bildiirb ki, daha əvvəl Qazaxıstana gəlmiş bir qrup hərbçi fəlaiyyətlərinə başlayıblar.

Xatırladaq ki, KTMT sülhməramlı qüvvələrinin tərkibindən Rusiya sülhməramlılarının ilk bölmələri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında yanvarın 6-da Qazaxıstana gəlib.

Rusiya sülhməramlılarının hərəkətlərini Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov idarə edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button