Top.Mail.Ru

DÜNYA

TƏCİLİ! KTMT sülhməramlıları Qazaxıstanda TƏLİMLƏRƏ BAŞLADI: Nəyə hazırlaşırlar? – ŞOK DETALLAR

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlı qüvvələrinin Rusiya kontingentinin bölmələri Almatı aerodromunda təlimlərə başlayıb.

KAİM.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Almatı aerodromunda KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin bölmələri təlimlər keçirir. Onlar fövqəladə halların qarşısının alınması məsələləri üzrə təlim fəaliyyəti göstərirlər ” – məlumatda deyilir.

Loading...

Qeyd olunur ki, hərbi-nəqliyyat aviasiyasının təyyarələri desantların Qazaxıstana göndərilməsini davam etdirir, bu məqsədlə Jetigen aerodromundan da istifadə olunur.

Xatırladaq ki, ölkədəki iğtişaşlar fonunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev daha əvvəl hərbi yardım istəyib. KTMT Qazaxıstana Rusiya, Qırğızıstan, Belarus, Tacikistan və Ermənistanın hərbi qulluqçularının daxil olduğu kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov birləşmiş qrupun hərəkətlərinə rəhbərlik edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button