Top.Mail.Ru

DÜNYA

TƏCİLİ: NATO üzvləri KTMT-ya QOŞULA BİLƏR – General gizlədilən sirrləri ELAN ETDİ

“Qazaxıstandakı böhranın öhdəsindən uğurla gələn KTMT NATO-ya qarşı antipod kimi güclənməli, daxildə daha da sıx əməkdaşlıq etməlidir”.

KAİM.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, ordu generalı Yuri Baluyevski deyib.

“KTMT əslində NATO-nun antipodudur, amma təşkilatı gücləndirmək lazımdır ki, digərləri də ona qoşulmaq istəsinlər”, – Baluyevski bildirib.

Loading...

Onun sözlərinə görə, bunun üçün təşkilatı şəxsi heyətlə gücləndirmək, təlimlər keçirmək, hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək lazımdır.

“Bizə KTMT çərçivəsində dövlət sifarişi lazımdır ki, iştirakçı ölkələrin hərbi-sənaye müəssisələri yeni növ silah və hərbi texnikanın yaradılmasına cəlb olunsun”, – general deyib.

Onun fikrincə, hətta indi NATO-da olan Varşava Paktının keçmiş üzvü olan dövlətlər də qayıdıb-qayıtmamaq barədə düşünəcəklər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button