Top.Mail.Ru

DÜNYA

Ermənistan-Türkiyə münasibətlərində İLK: Fevralın 2-dən bu İSTİQAMƏTLƏRDƏ…

Türkiyə Ermənistanın “Flyone Armenia” şirkətinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə uçuşlar həyata keçirməyə icazə verib.

KAİM.az xəbər verir ki, bu barədə Ermənistan şirkəti məlumat yayıb.

“Türkiyə hökuməti “Flyone Armenia” şirkətinə uçuşlar həyata keçirməyə icazə verib. İlk reys fevralın 2-nə planlaşdırılıb. Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək”, – açıqlamada bildirilib.

Loading...

Ötən ilin dekabrın sonunda şirkətə və Ermənistanın Mülki Aviasiya Komitəsinə uçuş lisenziyası verilib. “Flyone Armenia” 2015-ci ildən sonra Türkiyəyə uçuşlar həyata keçirən ilk Ermənistan aviaşirkəti olacaq. Türkiyənin “Pegasus” aviaşirkəti də İstanbul-İrəvan reyslərini açmaq niyyətindədir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button