Top.Mail.Ru

DÜNYA

Yerusəlimdə 20 yanvar faciəsinin 32-ci il dönümü qeyd edilib

İsrailin Yerusəlim şəhərində 20 Yanvar – Ümummilli Hüzn Gününün 32-ci ildönümünə həsr olunmuş “Qanlı Yanvar” mövzusunda tədbir keçirilib.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə şəhər kitabxanasında keçirilən tədbirdə Assosiasiyanın sədri Lev Spivak, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman və “Azİz”in Yerusəlim bölməsinin rəhbəri Aleksandr Aqranovski çıxış ediblər. 1990-cı ildə Bakıda yaşadıqlarını söyləyən natiqlər SSRİ rəhbərliyinin göstərişi ilə sovet qoşunlarının xəbərdarlıq edilmədən Bakıya yeridilməsi nəticəsində baş verən qanlı qırğının canlı şahidləri olduqlarını bildiriblər. Qeyd edilib ki, faciə zamanı Bakıda mehriban qonşuluq və dostluq şəraitində yaşayan bütün millətlərin nümayəndələri, o cümlədən yəhudi əsilli günahsız insanlar da həlak olublar. Təcili Yardım həkimi Aleksandr Marxevka yaralılara yardım edərkən, Yan Meyeroviç ahıl qonşusunu hava limanına apararkən, Vera Bessantina adlı gənc pəncərədən boylanarkən sovet hərbçilərinin gülləsinə tuş gəlib. Bu hadisələrin heç bir zaman unudulmayacağı, həmin proseslərin Azərbaycanın dövlət müstəqilliyinin əldə  olunmasına gətirib çıxardığı, Bakıya səfər edən israillilərin Şəhidlər Xiyabanında uyuyan 20 Yanvar şəhidlərini hər zaman ziyarət etdikləri vurğulanıb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünün bərpa olunduğu, erməni işğalından azad edilən Qarabağda ölkəmizin üçrəngli bayrağının dalğalandığı iştirskçıların nəzərinə çatdırılıb. Ötən ilin sonunda Bakıya və Qarabağa səfər etdiklərini söyləyən natiqlər qeyd ediblər ki, Vətən müharibəsi zamanı İsrailin göstərdiyi dəstək Azərbaycanda çox yüksək qiymətləndirilir.

Loading...
Yazının davamı reklamdan sonra

Sonra şair Mixail Salman 20 Yanvar faciəsinə ithaf etdiyi şeirini söyləyib, Aleksandr Aqranovski isə David Altmanın “Mənim dostlarım – bakılılar” mahnısından bir parça ifa edib.

Tədbir çərçivəsində 20 Yanvar hadisələrini əks etdirən fotosərgi nümayiş etdirilib

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button