Top.Mail.Ru

DÜNYA

Paşinyan Avropa Məhkəməsində Ermənistana qarşı işdə qalib gəlib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanvarın 18-də “Nikol Paşinyan Ermənistana qarşı” işinə dair qərarını açıqlayıb.

KAİM.az-ın qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, AİHM Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin, eləcə də Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozulduğuna qərar verib.

Ermənistan Baş naziri Nikol Paşinyanın iddiası 2008-ci il 19 fevral tarixli prezident seçkilərilə əlaqədardır. Həmin vaxt o, namizəd Levon Ter-Petrosyanın fəal tərəfdarı və seçki qərargahının üzvü olub.

Loading...
Yazının davamı reklamdan sonra

Paşinyan bildirib ki, martın 1-də polis İrəvandakı Azadlıq meydanında çadırlar quran mitinq iştirakçılarına hücum edib və onları qəddarlıqla döyüb.

2009-cu ilin 3 iyul tarixində N.Paşinyan İrəvan şəhəri Kentron və Nork Maraş Dairə Məhkəməsinə çıxarılıb və iki ay müddətli həbs cəzasına məhkum edilib.

AİHM-ə Avropa Məhkəməsinə müraciətində Nikol Paşinyan Konvensiyanın 5-ci maddəsinə uyğun olaraq onun həbsinin qanunsuz olduğunu bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button