Top.Mail.Ru

DÜNYA

TƏCİLİ! İran və Ermənistan arasında GƏRGİNLİK: İran vətəndaşı İrəvanda EDAM EDİLDİ

Ermənistanın paytaxtı İrəvanda İran vətəndaşının asılmış meyiti aşkarlanıb.

25 yaşlı İran vətəndaşının meyiti David Anaxt küçəsindəki binada tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, məhkəmə-tibb ekspertizası təyin olunub. Hazırda faktla bağlı araşdırma aparıldığı açıqlanıb.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Ermənistanda yaşanan bu cinayət hadisəsi İran cəmiyyətinin sərt təpkisinə səbəb olub.

Maraqlıdır, İrəvanda İran vətəndaşının qətli iki ölkə arasındakı diplomatik münasibətlərin pozulmasına və ya gərginlik yaşanmasına səbəb ola bilər?

KAİM.az-ın məlumatına görə, AMEA Qafqazşünaslıq İnstitunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, bu, Ermənistan və İran arasındakı diplomatik münasibətlərin pozulmasına səbəb ola bilməz:

“Məlumdur ki, İran İslam Respublikasının vətəndaşları müxtəlif məqsədlərlə Ermənistanın ayrı-ayrı şəhərlərinə, o cümlədən paytaxt İrəvana üz tuturlar.

Onların gəliş məqsədləri sırasında İranda qadağan olunan bəzi fəaliyyət növlərindən Ermənistanda istifadə etmək niyyətləri də mövcuddur. İran vətəndaşlarının Ermənistanda müxtəlif gecə klublarından, spirtli içkilərdən və bir çox başqa xidmətlərdən yararlanmaq üçün bu ölkəyə üz tutduqları artıq danılmaz bir faktdır.

Ümumiyyətlə, müxtəlif zamanlarda Ermənistanda iranlılara qarşı cinayət hadisələrinin törədildiyini görmüşük. Lakin hansısa İran vətəndaşının Ermənistanda asılmasının tərəflər arasında diplomatik münasibətlərin pozulmasına və ya çox ciddi gərginliklərin yaranmasına gətirib çıxaracağını düşünmürəm. Çünki Ermənistan ilə İran arasındakı münasibətlər bir çox cəhətlərinə görə ətraf aləmdən təcrid olunmuş iki ölkənin bir-birinə yaxınlaşması kontekstindədir.

Hər halda Ermənistan hüquq-mühafizə orqanlarının bununla bağlı araşdırma aparır və müəyyən açıqlamalar da olacaq. Hətta bu açıqlamaların tərkibində hansısa informasiya ilə manipulyasiya cəhdləri də ola bilər. Lakin bu diplomatik münasibətlərin pozulmasına gətirib çıxaran bir faktor hesab edilə bilməz”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button