Top.Mail.Ru

DÜNYA

Müdafiə nazirindən VACİB AÇIQLAMA: “Rusiya bizi buna görə günahlandıra bilməz”

Rusiya Federasiyası ilə Ukrayna arasındakı böhranın sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun və Ukraynanın ərazi bütövlüyünə hörmət çərçivəsində, bütün növ beynəlxalq platformalarda həll edilməli olduğunu vurğulayırıq.

KAİM.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

“Ölkəmiz Rusiya Federasiyası, Ukrayna və müttəfiq ölkələrlə bir çox sahələrdə olduğu kimi, müdafiə sənayesi sahəsində də müxtəlif əməkdaşlıq fəaliyyətləri həyata keçirir. Onlardan biri də Ukraynaya satılan PUA-lardır.

Loading...
Yazının davamı reklamdan sonra

Ukraynanın bu sistemlərin tədarükü və istifadəsi öz ixtiyarındadır. Ona görə də Türkiyəni ixrac etdiyi bu sistemlərə görə günahlandırmaq olmaz. Onu da qeyd edək ki, Ukrayna NATO-nun “Genişləndirilmiş İmkanlar Tərəfdaşlığı” ölkəsidir. Bu kontekstdə Ukraynanın müdafiə qabiliyyətinin artırılması “NATO-nun Fərdi Tərəfdaşlıq Ölkə Planı”nın bəndlərindən birini təşkil edir. Türkiyə NATO ölkəsi olaraq ikitərəfli və NATO çərçivəsində Ukraynanın müdafiə qabiliyyətinin artırılmasına töhfə verir”, – Akar bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button