Rusiyanın Ukrayna üçün ŞOK PLANI: Hökumətin başına bu şəxsi GƏTİRMƏK İSTƏYİR

Ukrayna-Rusiya gərginliyində yeni pərdə açılıb. Mövzu ilə bağlı yeni bir iddia İngiltərə Xarici İşlər Nazirliyindən gəlib.
KAİM.az Teleqraf.com-a istinadla xəbər verir ki, İngiltərənin açıqlamasında Rusiyanın Ukraynada rusiyayönlü hakimiyyət qurmağı planlaşdırdığı iddia edilib.
“Əlimizdə Rusiyanın Kiyevdəki hökumətin başına rusiyayönlü lider gətirmək istədiyini göstərən məlumatlar var. Ukraynanın keçmiş deputatı Yevxen Murayev potensial namizəd kimi görünür”, – açıqlamada qeyd edilib.
Eyni zamanda, potensial namizədlərin arasında 2012-2014-cü illərdə baş nazirin müavini olmuş Sergey Arbuzov, 2010-2012-ci illərdə baş qərargah rəisi postunu tutmuş Andrey Kluyev, Təhlükəsizlik və Müdafiə Şurası rəisinin keçmiş müavini Vladimir Sivkoviç və 2010-2014-cü illərdə baş nazir vəzifəsində çalışmış Nikolay Azarovun da adı çəkilib. Bu şəxslərdən bəzilərinin hazırda Ukraynaya hücum planından məsuliyyət daşıyan Rusiya kəşfiyyatçıları ilə əlaqəli olduğu iddia edilib.
Rusiya Xarici İşlər Nazirliyi isə İngiltərə XİN-in iddiasını dezinformasiya adlandırıb.