Top.Mail.Ru

DÜNYA

Britaniyadakı soydaşlarımız deputatın ermənipərəst addımına etiraz edib

Böyük Britaniya Krallığında yaşayan azərbaycanlı icmasının üzvləri Vestminister sarayında Dağlıq Qarabağ münaqişəsinə dair müzakirənin təşkil edilməsinə etirazlarını bildiriblər.

Britaniya–Azərbaycan Cəmiyyətinin rəhbəri Fəridə Pənahovanın imzası ilə parlamentarilərə ünvanlanan məktubda qeyd edilib ki, Azərbaycanla Ermənistan arasında 10 noyabr 2020-ci il tarixli sülh razılığının imzalanması nəticəsində 6 həftəlik müharibəyə və çoxsaylı insan tələfatına son qoyulmasına baxmayaraq, dünyadakı, o cümlədən Böyük Britaniyadakı erməni diasporu və ermənipərəst siyasi xadimlər bilərəkdən bu prosesi pozmağa çalışırlar. Buna nümunə olaraq Böyük Britaniya Parlamentinin deputatı, Birləşmiş Krallıq-Ermənistan parlamentlərarası dostluq qrupunun sədri Tim Loutonun dekabrın 8-də Vestminister sarayında Dağlıq Qarabağ müzakirələrini təşkil etmək təşəbbüsü göstərilib.

Soydaşlarımız xatırladıblar ki, “Sabahın xeyir, Britaniya” şousunun 29 oktyabr tarixli buraxılışında çıxışı zamanı Louton yolverilməz və uydurma fikirlər söyləməklə məsələyə qərəzli, haqsız və ədalətsiz şəkildə yanaşdığını sübut edib.

Loading...
Yazının davamı reklamdan sonra

Məktub müəllifləri nəzərə çatdırıblar ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, Aərbaycanın ərazi bütövlüyü BMT-nin üzv dövlətləri, o cümlədən Böyük Britaniya tərəfindən tanınır və ölkəmiz öz ərazi bütövlüyünü təmin edib. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasına dair 4 qətnaməsinin olduğu, Ermənistanın 30 ilə yaxındır Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyi faktları barədə Loutonun susduğuna diqqət cəlb edilib.

Müzakirələrin beynəlxalq hüquqa deyil, erməni diasporunun cəmiyyəti çaşdırmaq niyyətinə xidmət edəcəyindən narahatlıq hissi keçirdiklərini vurğulayan soydaşlarımız deputatları bu debatlara qatılmağa, Qarabağ həqiqətlərini və beynəlxalq hüququn tələblərini fəal şəkildə dilə gətirməyə çağırıblar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button