Top.Mail.Ru

DÜNYA

Paşinyan Qarabağı 5 milyard dollara satıb – Səfir Minasyandan baş nazirə ittiham

Ermənistanın Vatikanda səfiri olmuş Mikael Minasyan Baş nazir Nikol Paşinyanı Qarabağı 5 milyard dollara satmaqda ittiham edib.

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, Minasyanın iddiarına görə, bu təklif Paşinyana 2018-ci ildə Dubayda edilib.

“Mənə ən çox verilən sual budur ki, o vaxt Serj Sarkisyana edilən təklif Paşinyana da edilibmi? Bu gün inamla deyə bilərəm ki, bəli, Nikol Paşinyada oxşar təklif olunub. 2018-ci ilin oktyabrında Dubayda 5 ulduzlu otellərdən birinin foyesində Paşinyan hökumətinin yüksək vzifəli təmsilçisinə Azərbaycan hakimiyəti adından məktub verilib”, – deyə o bildirib.

Minasyan iddia edib ki, məktub Paşinyana 7 rayonun qaytarılması müqabilində Ermənistana 5 milyard dollar veriləcəyi barədə olub.

Nazirlər Kabineti hələ ki, keçmiş səfirin iddialarına reaksiya verməyib.

Siyasi analitiklərin fikrincə, bu iddialar daha çox Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın nüfuzunu qaldırmaq üçün ortaya atıla bilər.

Məsələ burasındadır ki, bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ilə Serj Sarkisyanın səs yazısı yayılmışdı. Orada Lukaşenko Sarkisyana 7 rayonu qaytarmağı təklif edir və bildirir ki, bunun müqabilində Azərbaycan Ermənistana 5 milyard dollar verə bilər. Sarkisyan isə təklifi qəbul etmir.

Səs yazısı yayılandan sonra Sarkisyan dərhal buna reaksiya verdi və audiofaktın saxta olmadığını bəyan etdi.

Siyasi analitiklər hesab edir ki, səs yazısını elə Sarkisyanın özü yaya bilər. Hərçənd bu məsələdə Nikol Paşinyan ittiham edilir. Amma belə bir faktın ictimailəşməsinin Baş nazirin maraqlarına uyğun olmadığı gün kimi aydındır. Çünki bu fakt Sarkisyanın nüfuzunun artmasını şərtləndirir.

Görünür, indi Paşinyan əleyhdarları Sarkisyanın Baş nazirdən daha vətənpərvər olduğunu nümayiş etdirmək üçün 5 milyard məsələsini onun üzərinə yükləyirlər.

Nəzərə alsaq ki, Minasyan Serj Sarkisyanın kürəkənidir, o zaman səsləndirdiyi iddiaların doğru olduğuna şübhələr artır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button