Top.Mail.Ru

DÜNYA

TƏCİLİ! Pakistan Əfqanıstana HÜCUM ETDİ: Dəhşətli döyüşlər GEDİR – Ölü və yaralılar var

Pakistan silahlı qüvvələri Əfqanıstanın Xost və Kunar əyalətlərinə havadan və qurudan hücumlar həyata keçirib.

KAİM.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Taliban hökumətinin Xost Polis İdarəsinin sözçüsü Mustagfer Gurbuz açıqlamasında bildirib.

Açıqlamada qeyd edilib ki, Pakistan hava qüvvələri Xost şəhərinin Spire rayonunda 4 kəndə hava zərbələri endirib.
Hücumlarda mülki itkilərin olduğunu bildirən Gurbuz bu kəndlərin Pakistan sərhədinə yaxın ərazidə yerləşdiyini vurğulayıb.

Loading...
Yazının davamı reklamdan sonra

Şahidlər hücumda ölən və yaralananların sayının 15-dən çox olduğunu bildirib.

Həmçinin Kunar qubernatorunun sözçüsü Kari Nəcibullah Hənif də Pakistan sərhəd əsgərlərinin Kunar bölgəsinin Şaltan rayonunun Gerney kəndinə minaatan hücumu təşkil etdiyini qeyd edib.

Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyi Pakistanın Kabildəki səfirini nazirliyə çağırıb və hücumlarla bağlı aydınlıq gətirilməsini istəyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button