Top.Mail.Ru
DÜNYA

ABŞ-da ara qarışdı, 25 ştatın qubernatoru Baydenə qarşı çıxdı

ABŞ-ın 25 ştatınının respublikaçı qubernatorları ölkə prezidenti Co Baydenin hazırkı administrasiyasını Amerika sərhədini qorumaq və qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq istəməməkdə ittiham ediblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Respublika Qubernatorlar Assosiasiyasının saytında dərc edilmiş bəyanatında deyilir.

Saytların yığılması Saytların yığılması

“Prezident Bayden və onun administrasiyası amerikalıları və ölkəni cənub sərhədini keçən qeyri-qanuni miqrantların görünməmiş bartımına qarşı tamamilə yiyəsiz buraxıb. Bayden administrasiyası qanuna riayət etmək və sərhədi qorumaq əvəzinə, Amerika vətəndaşlarını qeyri-qanuni immiqrasiyadan, ölümsaçan narkotik qaçaqmalçılığından və ABŞ-a daxil olan terrorçulardan qorumağa çalışan Texasa hücum edir və məhkəməyə verir”, – deyə bəyanatda bildirilir.

Qubernatorlar həmçinin ABŞ federal hakimiyyət orqanları bu vəzifənin öhdəsindən gələ bilmədikdə, ABŞ-Meksika sərhədinin bir hissəsini qeyri-qanuni miqrantların işğalından müstəqil şəkildə qorumaq niyyətində olan Texas ştatının hakimiyyət orqanlarının hərəkətlərini dəstəkləyiblər.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp da Texas qubernatoru Qreq Ebbotu dəstəklədiyini açıqlayıb.

Bənzər yazılar