Top.Mail.Ru
DÜNYA

ABŞ-nin yeni prezidenti o olacaq – “Simpsonlar”dan ŞOK İDDİA

Dünyadakı hadisələri proqnozlaşdırmaq qabiliyyəti ilə məşhur olan “Simpsonlar” serialı, “Covid-19” epidemiyası və Donald Trampın ABŞ prezidentliyi kimi böyük hadisələri qabaqcadan söyləməklə fenomenə çevrilib. 

Milli.Az xəbər verir ki, indi isə serial 2024-cü il ABŞ seçkiləri ilə bağlı yeni iddia ilə çıxış edib.

Saytların yığılması Saytların yığılması

Simpsonlar komandasının son proqnozu 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlıdır.

İkonik serial Donald Trampın ilin sonunda keçiriləcək seçkilərdə yenidən prezident seçiləcəyini proqnozlaşdırır. Lakin bu öncəgörücülükdən sonra serial Trampdan sonrakı dövrdə ABŞ prezidentliyinə oturacaq şəxsin qadın olacağını nəzərdə tutur.

Hazırda Trampın 2024-cü il seçkilərində qayıdıb-qayıtmayacağı və əgər qayıtsa, ondan sonra prezident kürsüsünə gələcək qadının kim olacağı maraq doğurur. Bununla belə, “Simpsonlar”ın keçmiş dəqiq proqnozlarını nəzərə alsaq, bu yeni öngörücülük də çoxları tərəfindən nəzərə alına bilər.

Bənzər yazılar