Top.Mail.Ru
DÜNYA

Almaniya NATO-Rusiya müharibəsinə hazırlaşır – “Bild”

Almaniya NATO və Rusiya arasında 2025-ci ilin yayında başlaya biləcək müharibə planı hazırlayır.

Musavat.com xəbər verir ki, bu barədə “Bild” tabloid qəzeti Bundesverin gizli olduğu iddia edilən sənədinə istinadən yazıb.

Saytların yığılması Saytların yığılması

Almaniya Müdafiə Nazirliyinin sənədinə görə, “X” günü NATO-nun baş komandanı şərq cinahına 300 min əsgərin köçürülməsi əmrini verəcək. Onların arasında 30 min Bundesver əsgəri də olacaq. “Bild”in məlumatına görə, eskalasiya 2024-cü ilin fevralında Rusiyanın Ukrayna ordusunun mövqelərinə qarşı aktiv hücumunun başlaması ilə başlaya bilər. Üstəlik, güman olunur ki, iyuna qədər vəziyyət Ukrayna ordusunun geri çəkilməsi ilə başa çatacaq.

Yüz minlərlə NATO əsgərinin göndərilməsi və 2025-ci ilin yayında qaçılmaz müharibənin başlanması ilə nəticələnən Rusiya və Qərbin hərəkətləri dəqiq yer və aya qədər təsvir olunur.

Ehtimal olunur ki, toqquşma üçün ən çox ehtimal olunan yer Belarus və Kalininqrad vilayəti arasında Suvalki dəhlizi olacaq. Bununla belə, material müəllifləri elə bir eskalasiyanın hansı nəticələrə gətirib çıxara biləcəyi barədə proqnoz vermirlər.

Bənzər yazılar

Bunu da oxu
Close