Top.Mail.Ru
DÜNYA

“Armenian Report”dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”

Erməni mediası Nikol Paşinyanı nəinki tənqid, həm də təhqir etməkdə davam edir. “Armenian report” saytı ciddi nəşrlərdən hesab olunur.

Moderator.az bir neçə dəfə bu nəşrin müəlliflərinin həqiqəti əks etdirən bəzi yazılarını da tərcümə edib oxucularına çatdırıb.

Saytların yığılması Saytların yığılması

Nəşrin müəllifləri, o cümlədən indi yazısından bir parça təqdim etdiyimiz Tevos Arşakyan da anti Azərbaycan mövqeyi ilə seçilənlərdəndir. Bu dəfə Tevos Arşakyan Nikol Paşinyanı ağır tənqid edib, onun qanının erməniliyinə şübhə etdiyini yazıb. Yazıdan bir parçanı təqdim edirik.

“Paşinyan torpağı 15 noyabrda təhvil verməklə erməni xalqını və erməni dövlətini daha da alçaltmağa qərar verdi. Nə də olsa, Paşinyan, Putinə qoşunların və mülki şəxslərin Karvaçardan ( Kəlbəcərdən) geri çəkilməsi üçün 10 günlük güzəşt müddəti istəməsi ilə müraciət etdi. Və beləliklə, ərazinin biabırçı təslim olması 25 noyabrda baş verdi. Kimsə unutmuşsa, bu gün Ermənistanın Milli Qəhrəmanı və Karvaçarı azad edən şəxsin doğum günüdür. Söhbət 63 yaşı tamam olan Monte Melkonyandan gedir. Və məhz bu günü Paşinyan Karvaçarın təslim olması günü kimi təyin etdi. Mümkün deyildimi, bu biabırçılığı başqa bir günə keçirmək, amma 25 noyabra yox?
Yəqin ki, bu günlərdə təkcə mən deyil, həm də ermənilərin əksəriyyəti Paşinyanın sistematik olaraq hər şeyi – Ermənistanı, Artsaxı, xalqı, son müharibədəki qələbələrimizi, tarixi yaddaşımızı və qürurumuzu məhv etdiyi fikrini formalaşdırıb. Düzdü, demək də olmur ki, anası onu türkdən dünyaya gətirib, amma Paşinyanda mənə elə gəlir ki, bir damla da erməni qanı yoxdur.
Paşinyan, necə yaşayacaqsan? Evsiz, vətənsiz qalan insanların gözlərinə necə baxacaqsan? Nəhayət, Monte ilə axirətdə necə görüşəcəksiniz, ona nə deyəcəksiniz”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir