DÜNYA

Bərzaninin generalı ilə erməni diasporunun əməkdaşlığı: İraqdan Ermənistana uçan təyyarələrin sirri açılır

İraq və Suriyadan kürd terrorçularının işğal altında olan Dağlıq Qarabağa göndərilməsi ilə bağlı faktlar Ermənistanın Azərbaycana qarşı sonuncu hərbi müdaxiləsindən əvvəl vardı. Sentyabrın sonlarında ilk dəfə İraq mediası bu ölkədən kürd terrorçularının Ermənistana aparılması ilə bağlı yazılar yayıb.

Musavat.com sentyabrın 29-da həmin yazının tərcüməsini dərc edib.

Linki təqdim edirik: https://musavat.com/news/iraq-mediasi-pkk-terrorcularinin-ermenistana-gonderilmesini-tesdiqledi_738785.html

Qeyd edək ki, hərbi əməliyyatların davam etdiyi dövrdə İraq və Suriyadan terrorçuların Ermənistana və oradan da Dağlıq Qarabağ bölgəsinə göndərilməsi ilə bağlı çoxlu sayda məlumatlar mövcuddur. Ən son olaraq ötən gün Yunanıstanın Olympus Airways şirkətinə məxsus təyyarə İraqın Süleymaniyyə şəhərindən qalxaraq Ermənistanın hava məkanının daxil olub.

cd141fe0-be62-45d6-8e5c-2725e3495124.jpg (133 KB)

İraq və Suriyada erməni-kürd əməkdaşlığı ilə bağlı daha bir neçə fakt əldə etmişik. Aşağıdakı fotoda Bərzanilərin nəzarətində olan Kürdüstan Demokrat Partiyasının Siyasi Bürosu üzvü və bir müddət Şimali İraq Kürd Administrasiyasının silahlı gücü olan Peşmərgə naziri vəzifəsini tutmuş və hazırda peşmərgə qüvvələrinin əsas komandirlərindən olan Zaim Əli və Belçika erməni diasporunun liderlərindən olan Peter Petrosyan birgədir.

Əslən Suriya ermənisi olan P.Petrosyan Belçikada yaşasa da, “bir ayağı” Suriya və İraqda olub. Suriyada kürd bölgələrinə gedən Petrosyan tez-tez kürd liderlərlə bir araya gəlib və Suriyada ermənilərin kürdlərlə ittifaq qurmasında ciddi rol oynayıb.

0362aafc-f703-48fc-a034-4ab5ef41dc58.jpg (33 KB)

Fotoların bir neçəsində Petrosyan İraqdadır və burada Zaim Əli və digər KDP liderləri ilə birgədir. Fotolar müxtəlif dövrlərdə çəkilib. Hansı ki, həmin vaxt erməni diasporu Suriya erməniləri ilə PYD arasında ittifaq yaratmağa çalışırdı. Məhz bu cəhdlərin nəticəsi olaraq 2019-cu ilin aprel ayında Suriyada Kürdlər tərəfindən qurulan Suriya Demokratik Qüvvələrinin (SDF) tərkibində Erməni Nubar Ozonyan Briqadası adlı erməni silahlı birləşməsi yaradıldı. Bu briqadanın əsas məqsədi Kürd döyüşçülərini ermənilər tərəfindən işğal olunmuş Qarabağda təlim keçmiş bir qüvvə kimi cəlb etməkdir.

Yeri gəlmişkən, Nubar Ozanyan ASALA üzvü olub, uzun müddət terrorçuluq fəaliyyəti göstərib. Suriyada yaradılan bu ittifaq heç şübhəsiz ki, bu ölkədə fəaliyyət göstərən erməniləri müdafiə məqsədi güdməyib. Çünki Suriya ermənilərinin əksəriyyəti Bəşər Əsəd hakimiyyətini dəstəkləyir və onların xüsusi silahlı dəstə yaradıb döyüşməsi üçün səbəb yoxdur.

cd4509f5-d389-4780-9b47-c151fa8deb5f.jpg (52 KB)

Üstəlik 2019-cu ildə, yəni böyük müharibənin demək olar ki, başa çatdığı bir vaxtda. Suriyanın kürd regionlarında az sayda kiçik erməni qrupu var. Ermənilərin məhz ASALA tör-töküntülərini kürd hərbi-siyasi ittifaqı daxilində ayrıca dəstə yaratmasının əsas məqsədi Suriya deyil, Ermənistan olub. Bugünkü hadisələr isə bunu artıq təsdiqləyir.

Bu fotoda daha bir maraqlı nüans isə erməni diasporu ilə KDP. Yəni Bərzani hakimiyyəti arasındakı bağlardır. Çünki bu günə qədər ən çox vurğulanan Bərzanilər və PKK arasında soyuq münasibətlərin olması ilə bağlı idi. Məhz bu səbəbdən də İraq kürd administrasiyası ərazisindən gələn təyyarələrin necə deyərlər sirri indi açılır.

060138d4-efc5-48b4-ac59-4e6c62bc11ab.jpg (72 KB)

Göründüyü kimi, erməni diaspor liderləri ilə KDP-nin rəhbərliyində ilk “beşliyə” daxil olan şəxslər arasında səmimi əlaqələr var. Hətta o qədər ki, erməni diaspor liderləri general Zaim Əli kimi şəxslərlə görüşür, müzakirələr aparır. Yeri gəlmişkən, Ərbil yaxınlığında yerləşən “politbüro” məktəbi regionun müxtəlif ölkələrindən gələn kürd liderlərinin siyasi təlim aldığı əsas mərkəz hesab olunur.

Son aylarda Süleymaniyyədən (Ərbil kürd administrasiyasının paytaxtı olduğu üçün diqqət çəkə bilərdi) davamlı olaraq Ermənistana uçan təyyarələrin sirri bu fotolarda gizlənir. Bərzaninin yaxın ətrafındakı generallar erməni diasporu ilə yaxındır. Bu həm də İraq mediasının son aylarda Şenqalda yoxa çıxan yezidi kürd gənclərinin sirrini də açır.

Musavat.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button