Top.Mail.Ru
DÜNYA

Belarus Ukraynaya nota verdi – SƏFİR ÇAĞIRILDI

Belarus Respublikası Ukraynaya nota verib.

Bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

KAİM.Az xəbər verir ki, Ukraynanın Belarusdakı səfiri İqor Kizima XİN-ə çağırılaraq xəbərdarlıq edilib. Buna səbəb Kiyevdə Belarus hökumətinə qarşı keçirilən etiraz aksiyasıdır.

Notada Ukraynada olan Belarus səfirliyinin təhlükəsizliyinin təmin edilməsi, 1961-ci il Vyana konvensiyasına hörmət edilməsinin vacibliyi vurğulanıb.

“Radikal qruplar səfirlik binası ətrafında qanunsuz nümayiş keçirir, vəzifəmizi yerinə yetirməyə mane olmaqla yanaşı orada çalışan əməkdaşlarımızın, onların ailələrinin həyatlarını təhlükəyə atırlar”, – Belarus XİN açıqlamasında qeyd edib.

Ağaliyev Kənan

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir