Top.Mail.Ru
DÜNYA

Britaniya Ukraynanı uzaqmənzilli raketlər və artilleriya mərmiləri ilə təmin edəcək

Böyük Britaniya Ukraynaya yeni hərbi yardım paketi çərçivəsində uzaqmənzilli raketlər, tank əleyhinə silahlar və artilleriya mərmiləri tədarük etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib.

Saytların yığılması Saytların yığılması

“Böyük Britaniya bu gün Ukraynaya müharibə başlayandan bəri 2,5 milyard funt sterlinq (3,19 milyard dollar – red.) dəyərində ən böyük birdəfəlik müdafiə yardım paketini elan edir”, – deyə Ukraynaya səfər edən Sunak mətbuat konfransında söyləyib.

Səfər zamanı Rişi Sunak və Ukrayna Prezidenti Vladimir Zelenski təhlükəsizlik zəmanəti haqqında saziş imzalayıblar. Sənəd Kiyev NATO-ya daxil olana qədər qüvvədə qalacaq.

Bənzər yazılar