Top.Mail.Ru
DÜNYA

Bu ölkədə ARA QARIŞDI – Etirazçılar parlament binasına girdi, prezident iqamətgahından vertolyotlar HAVAYA QALXDI

Keniyada etirazçılar paytaxt Nayrobidəki parlament binasına soxulublar. Etiraz aksiyaları zamanı 10 nəfər ölüb.

KAİM.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Qeyd olunub ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın bacısı Keniyada keçirilən etiraz aksiyaları zamanı gözyaşardıcı qazın tətbiq olunması zamanı xəsarət alıb.

Yayılan son məlumatlara görə, ölkədə vəziyyət gərgin olaraq qalır.

Hazırda Keniya prezidentinin iqamətgahından vertolyotlar havaya qalxır, ehtimal ki, təxliyyə aparılır.

Eyni zamanda Keniyanın paytaxtı Nayrobidə etirazçılar Rusiya bayraqları ilə küçələrə çıxıb, təhlükəsizlik qüvvələri onlara qarşı su şırnaqlarından və hərbi silahlardan istifadə edib.

Musavat.com

Bənzər yazılar