Top.Mail.Ru
DÜNYA

Cəbhə bölgəsində vəziyyət kəskinləşdi – Sülh plandan ÇIXARILDI – Bu istiqamətdən BAŞLAYIR

ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu və analitiklər Şoyqunun yerinə təyinatın səbəblərini sadalayıb. Müharibənin gedişində hər iki tərəf – Rusiya və Ukrayna müdafiə nazirlərini dəyişdi. Bir qədər əvvəl Ukraynanın müdafiə naziri Aleksey Reznikovu Rüstəm Ömərov əvəzlədi, Rusiyada Sergey Şoyqunun yerinə isə Andrey Belousov təyin olundu.

Bununla da cəbhədə şiddətli və ağır döyüşlər getdiyi bir zamanda Zelenski bir Krım tatarını müdafiə naziri postuna gətirdi, Putin isə bir tuva türkü olan Şoyqunu Təhlükəsizlik Şurasının katibi vəzifəsinə gətirdi. Üstəlik, onun yerinə mülki şəxs qoyuldu. Bu da maraqlı gediş idi. Lakin Rusiyanın mülki şəxsi müdafiə naziri gətirməsi ehtimal yaradır ki, Moskva taktiki-operativ strategiyasını dəyişmək fikrindədir. Hərçənd yayda Ukrayna əks-hücuma hazırlaşır.

Saytların yığılması Saytların yığılması

Kremldə kadr dəyişiklikləri Rusiyanın uzunmüddətli müharibəyə hazırlandığından xəbər verir və heç bir sülh danışıqlarından söhbət getmir. Analitiklərin fikrincə, Şoyqu üçün Təhlükəsizlik Şurasının katibi vəzifəsinə keçid bir növ sürgün deyil, çünki bu qurum da təsiredici strukturdur.

Bəs hər iki tərəfdəki kadr dəyişiklikləri uzunmüddətli müharibənin davam edəcəyindən xəbər verir?

Məsələ ilə bağlı danışan siyasi analitik, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Referans.az-a deyib ki, hər iki tərəfin müdafiə nazirini dəyişməsi mühribənin şiddətinin yay aylarına doğru artıracağından xəbər verir:

“Hazırda Rusiya cəbhə xəttini yararaq Ukraynanın ikinci ən böyük şəhəri Xarkovu nəzarətə götürməyə çalışır. Sergey Şoyqunun vəzifədən getməsinin əsas səbəbi Putinin müharibədən gözlədiyi nəticəni ala bilməməsi oldu. Çünki Putin müharibənin daha tez bitəcəyinə ümid edirdi, amma alınmadı. Yeni nazir isə daha çox strateji və texniki cəhətdən olduqca peşəkar biridir. O daha çox ordunun modern silahlarla təchiz olunub ən yüksək səviyyədə əks hücum əməliyyatlarını uğurla yerinə yetirilməsinə çalışacaq. Hər bir halda müharibənin əsas gedişaatını Baş Qərargah rəisi və digər yüksək rütbəli generallar dəyişə bilər”.

Politoloq qeyd edib ki, Ukraynanın müharibə zonasında yeni bir gücə ehtiyacı var, onların əsas məqsədi müdafiə xəttini gücləndirib əks hücumların qarşısını almaqdır.

Onun sözlərinə görə, Xarkov istiqamətində cəbhə yarılarsa, Rusiya ordusu Ukraynanın içərilərinə doğru irəliləməyə başlayacaq və bu da Kiyevə təhlükə yaradacaq:

“Rusiya öz fikrindən vaz keçmir, Ukrayna isə torpaqlarını geri qaytarmaq istəyir. Belə bir halda sülh sazişindən söhbət gedə bilməz. Amma hə bir halda vaxtı çatanda iki tərəf də danışıqlar masasında əyləşib bir qərar verməlidir. Tarixdən də yaxşı bilirik ki, əks həmləyə keçmək üçün əvvəlcə müdafiə gücünü artırmaq lazımdır. Amma hələ ki Ukraynanın əks hücum barədə düşünməsi absurd olardı”.

Bənzər yazılar